“Kontakt”ın dəstəyi ilə “Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır

“Kontakt”ın dəstəyi ilə “Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır
"Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə paytaxtımızda ilk dəfə keçiriləcək "Birinci Bakı Beynəlxalq Piano Festivalı” sabah başlayır. Mayın 27-dən davam edəcək musiqi bayramının təşkilatçısı Mədəniyyət Nazirliyi, təsisçi və direktoru isə Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir. 

Sfera.az xəbər verir ki, festival çərçivəsində caz, flamenko, tanqo, muğam, klassik və digər müasir musiqi janrlarının səsləndirildiyi 15 heyrətamiz konsert keçirilməsi gözlənilir. 

Azərbaycanın əməkdar artisti Şahin Növrəsli, Remi Geniet, Pablo Matias Bekerra, "Los Aurora Flamenco Group”, Vikram Ruzaxunov, Güvenç Dağüstün, Vadim Abramof da daxil olmaqla bir çox görkəmli musiqiçilər və musiqi qrupları öz ifaları ilə tamaşaçıları ecazkar harmoniyaya bürüyəcək. 

Siz də füsunkar musiqi sədalarından həzz almaq üçün şəhərin kassalarına müraciət edərək bilet əldə edə bilərsiniz. Ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür. "Kontakt”ın sosial şəbəkə hesablarının izləyiciləri müsabiqələrdə iştirak edərək festivala bilet əldə edə bilər.  

OXŞAR XƏBƏRLƏR