Ayvazyan Lavrovla görüşdə nəyi “ən vacib məsələ” adlandırdı?
14:50 / 06.05.2021
2682
Ermənistan Xarici İşlər Naziri vəzifəsini müvəqqəti
icra edən Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrovla Yerevanda baş tutan
görüşdə Azərbaycan tərəfindən bütün erməni əsirlərinin qaytarılmasının təmin
edilməsini əsas məsələ adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan
Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ayvazyan bildirib ki, ən vacib məsələ Azərbaycanın bütün hərbi əsirlərin və zorla həbs edilmiş şəxslərin geri qaytarılması öhdəliyini yerinə yetirməsini təmin etməkdir: "Bu məsələ ən qısa müddətdə həll olunmalıdır. Köçkünlərin evlərinə qayıtması və əhaliyə humanitar yardım göstərilməsi həllini gözləyən məsələlər sırasındadır”.
Selcan
Mənbə: News.am