Ayselin ad günündə “Nömrə 1” davası - Stilistlər Zümrüdə qarşı

Ayselin ad günündə “Nömrə 1” davası - Stilistlər Zümrüdə qarşı

Bir neçə gün bundan əvvəl müğənni Aysel Əlizadənin ad günü məclisi qalmaqalsız ötüşməyib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tədbirin aparıcısı Zümrüd Bədəlovanın stilist Elnur Həsənovla bağlı çıxışı qonaqların qıcığına səbəb olub. 

Belə ki, Zümrüd Elnuru "Azərbaycanda nömrə 1 olan stilist” kimi təqdim edərək salamlayıb. Bu isə ad günündə olan digər stilistlərin xoşuna gəlməyib. Daha sonra mikrofonu aparıcı- aktyor Sərxan Kərəmoğlu götürüb və Bədəlovaya söz atıb. Sərxan qeyd edib ki, onun üçün nömrə bir stilistlər başqasıdır və Zümrüdü aparıcı kimi görmür. Sərxan daha sonra başqa aparıcıların adlarını çəkərək onları peşəkar adlandırıb. 

Ad günündən sonra Xalq artisti Aygün Kazımovanın stilisti Gusik Simon instaqram səhifəsində aparıcı barədə post paylaşaraq onu təhqir edib.  Simon daha sonra postunu instaqram səhifəsindən silib və yeni açıqlama yayıb:

"Səhifəmdə paylaşdığım bir neçə hekayəni sildim. Buna səbəb isə vəzifəli və hörmətli şəxslərin xahişi idi. Əlinə mikrofon alıb çox danışırsan. Dünən səni yuyub-sərdim. Kimisə reklam edirsən, ad verirsən. Sən kimsən ki, ona-buna ad verəsən. Gecə mənə mesaj yazdın, daha sonra sildin. Sən ümumi məclisdə danışığını bilərdin və kimlərisə qıcıqlandırmazdın. Bu filmin axırı hələ davam edəcək”.  

Əməkdar artist Röya Ayxanın stilisti Fərid Bağırov da instaqramda video paylaşaraq Zümrüd Bədəlovanı tənqid edib:

"Məclislərin birində əlinə mikrofon alıb sözlər deyir. Mənə mesaj yazıb ki, səni tanımıram. Mən səviyyəli insanlarla çalışıram, ona görə tanımamağın normaldır. Adını çəkmirəm. Sadəcə olaraq sənin üçün reklam olar. Azərbaycanda peşəkar aparıcılar var. Onların yanında sən sönürsən. Çalışqansan, hər yerə əl atırsan. Amma bu sahə sənlik deyil. İnsan ulduz olmur, ulduz doğulur”. 




OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...