Aynişanla anası Maldivdə belə dincəlir: \"Ev dustaqlığıma son qoydum\" - FOTOLAR

Aynişanla anası Maldivdə belə dincəlir: \
Əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyevanın Maldiv adalarındakı istirahətləri davam edir. 

Sfera.az-ın məlumatına görə, əməkdar artist sosial şəbəkə hesabındakı paylaşımında ömründə ilk dəfə qızı ilə başbaşa tətilə gələ bildiyini qeyd edib:

"Aynişanım həyatıma gələndən qohumlarım, tələbələrim olmadan hansısa tətilə getməmişəm. Sevinirdilər deyə, onlara sürpriz istirahət hədiyyə edirdim. Nəhayət ömrümdə ilk dəfə balamla başbaşa tətilə gələ bildim.

Bir ildən çoxdur, pandemiya ilə əlaqədar davam edən ev dustaqlığıma son qoydum. Düzgün hərəkət edə bilməyən ayaqlarım yeriməyə başladı. Həm də Ramiz Mirişlinin və İslam Səfərlinin "Dalğalar" mahnısını Hind okeanına qarşı oxudum. Hər yer çox sakit idi. Yalnız ləpələr mənimlə birgə oxuyurdular. İlahi, bu sakitliyə necə ehtiyacım var imiş”.

A.Haşımova uzun müddətdir şeir yaza bilmədiyini vurğulayıb: "Qarabağın müjdəsi "Gəldik Qarabağa" mahnısının sözlərini ərsəyə gətirdi. Sanki bu gün  okenanın mavi mənzərəsi sus, danışma deyirdi: "yalnız məni seyr et, bəlkə yorğun ruhun öz əbədi dincliyinə qovuşa bilər".

Əməkdar artistin qızı ilə istirahətindən görüntüləri təqdim edirik:
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR