Aynişan toyunda yaşanan problemdən danışdı: “Anama desəydim, infarkt keçirərdi” - FOTO

Aynişan toyunda yaşanan problemdən danışdı: “Anama desəydim, infarkt keçirərdi” - FOTO
Bir neçə gün əvvəl toyu ilə gündəmə gələn Aynişan Quliyeva şəxsi "Instagram” hesabında xoş günü ərəfəsində yaşadığı problemləri bölüşüb.

O, başına gələnləri belə şərh edib:
"Oğlan toyunda qız toyundan tamamilə fərqli obrazda oldum. Düzdür, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir geyim hazırlanmışdı.

Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış gəlinlik donu axtarışına qaçdıq. Heç şişirtmədən necə var, elə də yazacağam. Rəfiqəmin məsləhət gördüyü yerə getdik. Rəhbərlik bizi böyük sevgi ilə qarşıladı və ən eksklüziv geyimlərini təqdim etdi.

Bir neçəsini geyindim, baxdım, amma hamımız buna aşiq olduq. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçdim, amma bədən quruluşuma oturtmaq bir neçə gün tələb edirdi. Sevinc xanım bütün dərzilərin əlindəki işlərini dayandırıb, sadəcə bu geyimlə məşğul olmalarını istədi. Cəmi bir saata gəlinlik hazır oldu və mən artıq təşvişim bitmiş halda evə döndüm. Anam deyir, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim”.
 


OXŞAR XƏBƏRLƏR