Aynişan əri ilə münasibətlərindən danışdı: “Bəzən “Qoç” damarı tutur” - VİDEO

Aynişan əri ilə münasibətlərindən danışdı: “Bəzən “Qoç” damarı tutur” - VİDEO
 ARB TV-nin "Show News” verilişinin növbəti müsahibləri Əməkdar artist Aybəniz Haşımova və onun müğənni qızı Aynişan Quliyeva olub.

 
Sənətçi qız nəvəsi arzuladığını dilə gətirib:

"Sağ olsunlar, qonşuluqda ev götürüblər. Yaxınımdadırlar. Əlbəttə ki, hər valideyn ömür boyu övladının xiffətini çəkir, mən də həmçinin. Adi çay içəndə belə qızımı düşünürəm.

Evliliyimin ilk zamanlarında fikrim başqa idi. Oğlum olsun istəyirdim. Aynişan doğulduqdan sonra isə düşüncəm tamam dəyişdi. Aynişan kimi qız nəvəsi istəyirəm”.

Aynişan Quliyeva da həyat yoldaşı Kənan haqqında danışıb:

"Bütün münasibətlərdə olduğu kimi bizdə də yanlış anlaşılmalar olur. Bir-birimizi anlamağa çalışırıq. Bəzən onun "Qoç” damarı tutur.

Elə anlarda üstünə getməyib gözləyirsən ki, özünə gəlsin. Övladımızın adı haqqında hələ düşünməmişik. Mənim üçün heç bir fərqi yoxdur, əsas odur ki, anlamı gözəl olsun”.



OXŞAR XƏBƏRLƏR