Ayna Əlixanova məşhur yəhudi yazıçısının hekayələrini Azərbaycan dilinə tərcümə edib

Ayna Əlixanova məşhur yəhudi yazıçısının hekayələrini Azərbaycan dilinə tərcümə edib
 Məşhur yəhudi yazıçısı Moşe Smilyanskinin hekayələrindən ibarət kitab ibri dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap olunub. Editor.az xəbər verir ki, kitabın tərcüməçisi Bakı Slavyan Universitetinin müəllimi, AMEA-nın doktorantı Ayna Əlixanovadır. Kitaba Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Aydın Hüseynov və Bakı Dövlət Universitetinin dosenti Təranə Hüseynbalayeva rəy verib.

A.Əlixanova kitabla bağlı açıqlamasında bildirib ki, hekayələri tərcümə edilən Moşe Smilyanski XIX əsrin 90-cı ilində birinci yəhudi mühacirət hərəkatının ilk və görkəmli nümayəndələrindəndir: "M. Smilyanski bu günki İsrail ərazisinə köçərək ilk yəhudi qəsəbələrinin əsasını qoyanlardan biri olduğu kimi, yəhudi ədəbiyyatında, nəsrində də yeni səhifə açmış yazarlardandır. Oxuculara azərbaycan dillində təqdim edilən bu kitab Smilyanskinin ədəbi yaradıcılığına işıq tutan, birbaşa ibricədən dilimizə çevrilən ilk bədii tərcümədir. Bu kitabda yazarın müxtəlif mövzularda hekayələri yer alıb.
Moşe Smilyanskinin sadə, anlaşıqlı dildə qələmə aldığı dərin məzmunlu hekayələrində zəngin insani dəyərlər tərənnüm edilir. Xüsusilə ədibin I dünya müharibəsindən əvvəl ərsəyə gəlmiş hekayələrində ərəb və yəhudi ailələri arasındakı mehribanlıq, dost münasibətləri öz əksini tapmışdır. Bu baxımdan kitabın oxucularda və ölkəmizin ədəbi mühitində maraq doğuracağına inanıram”.

Ayna Əlixanova qeyd edib ki, Azərbaycanla İsrail arasında mövcud olan çoxtərəfli strateji müttəfiqlik münasibətləri hər iki ölkənin xarici siyasətində mühüm yer tutur: "Düşündük ki, nüfuzlu bir yəhudi yazıçısının kitabını doğma dilimizə tərcümə edərək, oxucuların ixtiyarına verməklə iki ölkə arasındakı əlaqələrə ədəbi sahədə töhfə vermiş olarıq”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...