Aygün Safuradan danışdı - VİDEO

Aygün Safuradan danışdı - VİDEO

Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın” proqramında keçmiş sevgilisi Fərhad Əliyevin xanımı Safura Əlizadədən danışıb. "Qafqazinfo” xəbər verir ki, Kazımova "Yeni ulduz” müsabiqəsində vəliəhdi elan etdiyi eks-ifaçının şou-biznesdən uzaqlaşmasına təəssüüfləndiyini qeyd edib:

"Müsabiqədə Safuranın birinci olması üçün necə çalışırdım, elə bilirdim özüməm. Onun gələcəyinə çox inanırdım. İndi oxumur, ailə qurdu. Sənətdə olsaydı, öndə gedəcək sənətçilərdən olardı”

Qeyd edək ki, Xalq artisti 2016-ci ildə ATV maqazin onlarla proqramında mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə illər əvvəl sevgi yaşadığını, qarşı tərəfin valideynlərinin onları ayırdığını qeyd etmişdi. 

Xatırladaq ki, F. Əliyev hazırda Safura Əlizadə ilə evlidir. Cütlük Türkiyədə yaşayır, üç övladı var.

 



OXŞAR XƏBƏRLƏR