Axunddan iftar məclisləri ilə bağlı – Çağırış

Axunddan iftar məclisləri ilə bağlı – Çağırış
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin Axar.az-a müsahibəsi:

- Qarşıdan müqqədəs Ramazan ayı gəlir. Təəssüf ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Ölkədə davam edən karantin rejimini və mövcud pandemiya vəziyyətini nəzərə alaraq, Ramazan ayı ilə bağlı vətəndaşlarımız nələrə diqqət etməlidir?

- Əvvəla, qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə bütün Azərbaycan xalqını və dünya azərbaycanlılarını təbrik edirəm. Bildiyiniz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsində başda Şeyx həzrətləri olmaqla, Qazilər Şurasının onlayn formatda iclası oldu. İclasda Şamaxı Astrofizika Rəsədxanasının da bizə verdiyi məlumatlara əsasən yetkinliklə qərar qəbul edildi ki, 13 aprel Ramazan ayının niyyət axşamı, 14 aprel isə Ramazan ayının birinci günüdür. Şeyx həzrətləri də bunu təsdiq etdi.

Təəssüflə demək istəyirəm ki, keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Təbii ki, biz din xadimləri də Qurani-Kərimin "öz əllərimizlə özünüzü təhlükəyə atmayın" ayəsini misal gətirərək, maksimum dərəcədə insanları maarifləndirməyə çalışırıq. Xüsusilə bu ay ərzində insanlara mövcud karantin rejimi çərçivəsində dini ibadətlərini icra etmələrini məsləhət görürük.

- Ramazan ayında kütləvi iftar süfrələrinin təşkili ənənəsi var. Mövcud karantin qaydalarına görə, bu və bu kim məclislərin keçirilməsi qadağandır...

- İnsanlara Ramazan ayı ərzində kütləvi iftar süfrələri təşkil etməmələrini tövsiyə edirəm. Ümumiyyətlə, dinimizdə bu əməl hər nə qədər sevilsə də, ötən il olduğu kimi, bu il də kütləvi iftar süfrələrinin keçirilməməsi lazımdır. Nəzərə almaq lazımdır ki, mövcud karantin qaydaları buna yol vermir. Digər tərəfdən, hər gün virusa yoluxan insanların sayı sürətlə artır. Yaxınlarımızı, sevdiklərimizi maksimum dərəcədə qorumaq lazımdır. Təbii ki, iftar süfrələri ailəiçi olmaq şərtilə keçirilə bilər. Xüsusilə də evin ağsaqqalı, ağbirçəyi rəhbərliyində ailəiçi iftar süfrələri təşkil edilə bilər. İnşallah, Ramazan ayı ərzində mövcud qaydalara riayət edərək yoluxma sayını azalda bilərik.

- Keçən il pandemiya ilə əlaqədar bayram namazı qılınmamışdı. Bu il bayram namazı təşkil ediləcək?

- Bu barədə indidən danışmaq tezdir. Çünki hər saatın öz hökmü var. Əgər mövcud yoluxma və ölüm dinamikasında azalma müşahidə olunsa, bayram namazı məhdud sayda insanın iştirakı ilə karantin qaydalarının tələblərinə riayət etməklə qılına bilər. Təbii ki, bunu qarşıdan gələn zaman göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...