Axtarışda olan şəxs tapıldığı gün polis bölməsində öldü
10:09 / 21.08.2021
687
Bakıda saxlanılan şəxs polis bölməsində ölüb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sfera.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Ərzi Bəhruz oğlu Fərəcov avqustun 20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edilərək saxlanılıb: "Həmin şəxs saat 21 radələrində 8-ci Polis Bölməsinə gətirilib. Gecə saat 04 radələrində halı pisləşdiyi üçün polis bölməsinə təcili yardım çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Ərzi Fərəcov ölüb. Həkimlərin rəyinə görə, o, ürəktutmadan vəfat edib".