Axtarışda olan 61 nəfər saxlanılıb

Axtarışda olan 61 nəfər saxlanılıb
 

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 46 cinayətin üstü "isti izlər”lə açılıb.

Sfera.az-a  Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR