Axşamkı oyunda \"Qarabağ\"ın qalib gəlmək şansı nə qədərdir? - \"Olimpiya Stadionunda bunu etmək...\"

Axşamkı oyunda \
""Bazel" klubu tarixində ikinci dəfədir ki, Bakıya səfər edir. Klub Təxminən 12 il əvvəl Bakıya gəlib. O zaman Bakı klubu ilə qarşılaşan "Bazel" Bakını öz meydanında məğlub edə bilmişdi. Lakin hazırda "Bazel"in heyəti də 12 il öncəki heyət deyil. Bu mənada mən Qarabağın axşam daha layiqli oyun oynayacağını düşünürəm". 
 
Bu sözləri Sfera.az-a açıqlamasında idman eksperti Sənan Şəfizadə bu gün keçiriləcək "Qarabağ" - "Bazel" görüşü öncəsi komandamızın şanslarını dəyərləndirərkən deyib.  

O, "Qarabağ" - "Bazel" oyununun T.Bəhramov adına Respublika Stadionunda keçirilməməsindən heyfsləndiyini bildirib:

"Qarabağ idxala yaxın vəziyyətdədir. Heyfslənirəm ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçiriləcək. Düzdür, Bakı Olimpiya stadionu möhtəşəm arenadır. Belə bir stadionun ölkəmizdə olması qürurverici bir hadisədir. Lakin etiraf etmək lazımdır ki, Qarabağ Tofiq Bəhrəmov Stadionuna öyrəşib. Ümumiyyətlə, mən hər zaman deyirəm ki, Tofiq Bəhramov Stadionu bizim komandalara çox uyğundur. Digər tərəfdən, azərkeşlər də bu stadiona daha çox öyrəşib. Hansı ki, oyunlar zamanı azərkeşlər T. Bəhramovda daha yaxşı dəstək olaraq rəqibi qorxuya sala bilir. Lakin Bakı Olimpiya stadionunda tribunalar meydandan uzaqdır. Buna görə də azərkeşlər bu stadionda dəstəyini çox göstərə bilmir. 

Pandemiya ilə əlaqədar olaraq onsuz da azərkeş limiti var. T. Bəhrəmov Stadionunda isə bizim azərkeşlər 10 min nəfər olsa da, 30 min nəfərin effektini yarada bilirdi. Olimpiya Stadionunda isə bunu etmək çətindir”.

Ekspertin sözlərinə görə, Qarabağ "play of" mərhələsinə keçmək istəyirsə, "Bazel"lə oyundan ən azı 1 xal qazanmalıdır:

"Ümumiyyətlə "play of"u təmin etmək üçün Qarabağın" "Bazel"i məğlub etməsi və ya ən azından bir xal alması lazımdır. İnanıram ki, Qarabağ bunu bacaracaq. Axşamki oyunda Qarabağ qələbə qazansa, bu məni təəccübləndirməyəcək”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR