“AXCP və Müsavat partiyaları özünü buraxmalıdır...” – İLGİNC TƏKLİF

“AXCP və Müsavat partiyaları özünü buraxmalıdır...” – İLGİNC TƏKLİF
 

 

"Yürüməyən, getməyən prosesi gedirmiş kimi göstərib, özünü və ətrafı aldatmaq, bezdirmək, dalaşmaq nəyə lazım? Məsələn, Azərbaycanda iki klassik siyasi təşkilat var ki, artıq onlar missiyalarını başa vurublar. Son 15 ildir, fiasko ilə üzləşiblər. Necə deyərlər, gəmiləri torpağa oturub. Siyasi erroziyaya məruz qalıb, hətta karkasları belə dağılmaq üzrədi bu təşkilatların. AXCP və Müsavatdakı rəhbər heyət, orta təbəqə siyasi-psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb”.

 

Sfera.az xəbər verir ki, bu sözləri "Yeni Musavat” qəzetinin baş redactor müavini Azər Ayxan özünün facebook hesabında yazıb: "Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar. Məncə, AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı. Alınmadı də. Uğursuzluq oldu. Niyə özünüzü zorla girovluqda saxlayırsız? Atın bu yükü, məsuliyyəti üzərinizdən, canınız qurtarsın. Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi "Yeni Müsavat" qəzetidi. Milli azadlıq hərəkatının 30 ildi uğurla davam edən bu proyekti AXC-dən və Müsavat Partiyasından daha böyük işlər görüb və görməkdədir. Yəni demək istyəyirəm ki, Müsavat adını, irsini daşıyan bir tribuna, hüquqi şəxs var "Yeni Müsavat"ın timsalında. Ona görə də rahat ola bilərsiniz”.


OXŞAR XƏBƏRLƏR