“AXC mənşəli şəxslər yeni komandada olmayacaq”

“AXC mənşəli şəxslər yeni komandada olmayacaq”

"Prezident İlham Əliyev son çıxışlarında AXC-Müsavat hakimiyyəti dövrünə tez-tez geri qayıdır, o hakimiyyətin bütün qüsurlarını bütün rəhbər kadrlarını kəskin qınayır. O hiss edilir ki, yeni dönəmdə iqtidar lideri-iqtidar, müxalifətin əski 90-cı illər klassik hissəsi ilə heç bir dialoq və mübadiləni lazımlı, əhəmiyyətli hesab etmir”.

Sfera.az  xəbər verir ki, bunu siyasi şərhçi İlqar Altay deyib. O, bildirib ki, prezident demək olar ki, ucdantutma,  hamısını bir arada tənqid hədəfinə gətirib:

"Bu cür çıxışları İlham Əliyev təxminən "Valday" forumundan sonra, hər yığıncaqda dönə-dönə, intensiv və təkidli olaraq edir. Buna görə də bu, düşünürəm ki, heç də, təsadüfi və boş yerə də deyil. Burada nəsə yeni geniş strateji plan hiss olunur. 

Və bu plandasa səhv etmirəmsə cəbhə hakimiyyəti kökənli siyasilər nəinki yer almırlar, hətta, onlarla xudafizləşmə planları hesablanır.

Və buna reaksiyalardan o da hiss olunur ki, bu dönəmdə iqtidarla əməkdaşlığa köklənmiş və islahatlar elan ediləndən ruhlanmış, əski AXC mənşəli bəzi siyasətçilər də, ümidlərini kəsib iqtidara qarşı əski cəbhə xəttinə geri çəkildilər.

Belə çıxır ki, iqtidar yeni dönəmdə sonrakı, yəni 2000-ci ildən sonra yaranmış, Cəbhə-Musavat hakimiyyəti ilə əlaqəsiz siyasi müxalifətlə, yəni yeni müxalifətlə siyasi mübadilə, əməkdaşlığa getmək, onları tanımaq fikrindədir. Bu yəqin ki, növbəti parlament seçkilərinə hazırlıqla da, bir bağlılığı olan plandır və növbəti parlamentdəki tərkibdə də müxalifətin yer almasında görünər.

Belə çıxır ki, iqtidar islahatı nəinki öz sırasında və həm də siyasi müxalifətdə də, hətta, ictimai sektorda da görməyi planlaşdırır”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...