Çavuşoğlu: \"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq\"

Çavuşoğlu: \

"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır: "Son 25 ildə olduğu kimi, bizim məqsədimiz birgə layihələr və strateji tərəfdaşlıq yolu ilə ölkələrimizi bir-birinə yaxınlaşdırmaqdır. Bu baxımdan hər iki ölkənin stabilliyi və təhlükəsizliyi son dərəcə önəmlidir".
 
Türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyəyə gedən ukraynalı turistlərin sayında 50 faiz artım qeydə alınıb və Türkiyə 1 milyon 50 min ukraynalı turist qəbul edib. 
 
P. Klimkin isə iki ölkə vətəndaşlarının daxili sənədlərlə qarşılıqlı səfərlərinə dair razılıq əldə olunduğunu açıqlayıb: "Bizdə vizasız rejim var. Lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları bizim ölkələrimizi daxili pasportlarla ziyarət edə biləcəklər". 


OXŞAR XƏBƏRLƏR