Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir AÇIQLAMA
"Daha çox regional əməkdaşlığa ehtiyacımız var. Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək, öhdəmizə düşəni etməyə çalışırıq”.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türk Şurası da ümidverici bir regional əməkdaşlıq modeli olaraq ortaya çıxıb.

"İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə üçün yeni fürsətlər ortaya çıxıb. Bu, Qafqazdakı normallaşma üçün də həyati əhəmiyyət daşıyır”, - Çavuşoğlu vurğulayıb.

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Orta Asiya keçmişdə böyük güclərin rəqabət sahəsi olub:

"Bunun təkrarlanmasına icazə verilməməlidir. Bölgənin bir-birinə bağlı bir iqtisadi sistemə ehtiyacı var. Bunun tək yolu inkişaf etmiş kommunikasiya ilə regional əməkdaşlığı təşviq etməkdir”. // "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...