Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub
16:34 / 26.03.2020
3480
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Türkiyə XİN-dənAPA-nın yerli bürosuna verilən məlumata görə, nazirlə NATO baş katibinin telefon söhbəti zamanı yeni növ koronavirusla (COVİD-19) mübarizə məsələləri müzakirə edilib.
Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub.