Çavuşoğlu açıqladı: Prezidentlərin görüşü olacaq
22:01 / 23.02.2021
4014
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək.
"Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.
Sfera.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.