“Avtoş Rasim” həbs edildi - VİDEO

“Avtoş Rasim” həbs edildi - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, "Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi VAZ-2107 markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb. 

Toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə Rasim Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...