Avtomobillə motosiklet toqquşdu, 19 yaşlı gənc yaralandı

Avtomobillə motosiklet toqquşdu, 19 yaşlı gənc yaralandı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobillə motosikletin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Xudiyev Əkbər Şaiq oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub. //Report


OXŞAR XƏBƏRLƏR