Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi

Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
Aprelin 9-da saat 18 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Sfera.az-a bildirilib ki, araşdırmalarla, 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlunun idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq məsuliyyətdən yayınmaq üçün avtomobili onların üzərinə sürüb hər ikisinin ayaq nahiyəsindən vuraraq hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərib hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...