Avtomobil qəzası 300 abonenti qazsız qoydu- VİDEO

Hadisə
22:14 / 11.01.2021
2282
Beyləqan rayonunun Kəbirli kəndində qəza törədən "VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz xəttini də zədələyib.
Bu barədə Sfera.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
"108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb. Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır", - qurumdan bildirilib.