Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb – SƏBƏB

Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb – SƏBƏB
2016-2020-ci illər ərzində Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfədən çox artaraq 400 milyon manatı ötüb. 

Rəsmi məlumatlara əsasən, pərakəndə ticarətdə avtomobil ehtiyat hissələrinə 2016-cı ildə 99 milyon manat xərcləndiyi halda ötən il 402 milyon manat xərclənib. Müqayisə olunan müddətdə bu məhsulların alınmasına sərf edilən vəsait 4,06 dəfə artıb. 

Sfera.az bildirir ki, ehtiyat hissələrinin dövriyyəsinin qısa müddətdə kəskin şəkildə artmasının bir neçə səbəbi var. Amma başlıca səbəb ölkəmizdə olan avtomobillərin çox hissəsinin köhnə olmasıdır. 

2020-ci ilin məlumatına görə, Azərbaycanda 1,46 milyon ədəd avtomobil var. Bunun 1,26 milyon ədədi minik avtomobilidir. Avtomobillərin təxminən 80 faizinin istehsal tarixi 10 ili ötür. Başqa sözlə ölkəmizdə olan hər 100 avtomobildən 80-ni köhnədir. 

Ölkəmizdə olan avtomobillərin köhnəlməsinə idxalın vəziyyəti güclü təsir edir. 2015-ci ildən manatın ucuzlaşması və avtomobil idxalına gömrükdə çəkilən xərclərin artırılması idxalçıların əsasən köhnə avtomobillərə meyl etməsinə səbəb olub. Nəticədə, son 5 ildə Azərbaycana daha çox köhnə avtomobil gətirilməsi müşahidə edilib. 

Mütəxəsislər bildirir ki, köhnə avtomobillər tez-tez sıradan çıxdığından ehtiyat hissələrinə olan tələb də artır. Mövcud vəziyyətin dəyişməyəcəyi təqdirdə ehtiyat hissələrinə olan tələbdəki artım qarşıdakı illərdə də davam edəcək və tezliklə bu məhsulların pərakəndə ticarət dövriyyəsi 800 milyon manata çatacaq. 
Ehtiyat hissələrinə çəkilən xərcin sürətlə artması onun pərakəndə ticarət bazarında payının da yüksəlməsinə səbəb olur. 2016-cı ildə cəmi pərakəndə xərclərin 0,3 faizi ehtiyat hissələrinə çəkilən xərcdən ibarət olduğu halda, ötən il ticarətin1 faizi bu istiqamətdəki xərclərdən təşkil olunub. 

Digər maraqlı fakt ondan ibarətdir ki, artıq ehtiyat hissələrinə çəkilən xərc avtomobillərinin alışına (934 milyon manat) çəkilən xərcin 43 faizinə çatıb. Halbuki, 2016-cı ildə nisbət 13 faiz idi. 

Bazardakı mövcud vəziyyətin təhlili göstərir ki, avtomobil alıcılarının əksəriyyəti yeni avtomobil almaqdansa, köhnə avtomobil alıb təmir etməyi üstün tuturlar. Bunun nəticəsində isə avtomobillərə çəkilən xərclə müqayisədə ehtiyat hissələrinə çəkilən xərc daha sürətlə artır. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...