Avtomobil 13 piyadanı vurdu
12:57 / 21.05.2019
1636
Çinin Quandun əyalətində svetoforun qırmızı işığına məhəl qoymayan avtomobil piyada keçidində 13 nəfəri vurub.
Trend-in məlumatına görə, piyadaları vurduqdan sonra avtomobil daha iki maşınla toqquşub.
Avtomobilin 45 yaşlı qadın sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Trend