Avtomat satmaq istəyərkən saxlanıldı - FOTO
13:30 / 17.01.2022
839
Bakıda "Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz olaraq odlu silah-sursat gəzdirən paytaxt sakini Aftandil Çobanov saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd "Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.