Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO

Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO

Türkiyənin İstanbul şəhərində avtobusunu özünün "Instagram” səhifəsinə çevirən sürücü hər kəsin diqqətini cəlb edib. 10 ildir ki, meqapolisin Zeytinburnu-Bakırköy marşrutu xəttində işləyən sürücü Məhmət Şirin Çiçək bu fəaliyyəti ilə ictimai düşüncələrdə fərqliliklər yaratmaq istədiyini deyib.

Bu barədə TRT xəbər yayıb.

Avtobusun üzərində qadına qarşı şiddətin, uşaq təcavüzünün qınanmasından tutmuş, heyvan haqlarının müdafiəsinə kimi müxtəlif mövzulara toxunan şəkillər və şüarlar sərnişinlərdə böyük maraq yaradıb.

 

Məhmət Şirin Çiçəyin özü "Xeyirxahlıq avtobusu” adını verdiyi nəqliyyatı ilə ictimai mesaj vermək istədiyini bildirib.

İnsanlıqdan əlavə bir ata olduğunu vurğulayan sürücü uşaqlara qarşı şiddəti və  təcavüzlərin bu fərqli layihəsində əsas rol oynadığını vurğulayıb.

"Bu dünyada bir uşaq ancaq oynayanda yerə yıxıldığı üçün ağlamalıdır”, - deyə o, bildirib.

"Xeyirxahlıq avtobusu”nun sürücüsü, həmçinin, maaşının bir hissəsini və avtobusda satdığı sulardan gələn gəliri küçə heyvanları üçün xərcləyir. O, aldığı heyvan yemlərini kiçik qutularda sərnişinlərə verərək, onlardan rastlarına çıxan küçə heyvanlarını bəsləmələrini xahiş edir.

O, bu xahişinin heç bir zaman rədd edilmədiyini vurğulayaraq, qutuladığı yemlərin sərnişinlər sayəsində İstanbulun dörd bir tərəfinə paylaşıldığını bildirir.(oxu.az)



OXŞAR XƏBƏRLƏR

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...