Avtobusların gecə reysi bərpa olundu: Qadağanın ləğvi nələr vəd edir? – EKPERT RƏYİ

Avtobusların gecə reysi bərpa olundu: Qadağanın ləğvi nələr vəd edir? – EKPERT RƏYİ

Uzun fasilədən sonar, oktyabrın 1-dən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində işləyən avtobusların gecə reysləri bərpa olunub. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.


Nəqliyyat eksperti Elşad Hüseynov Sfera.az-a açıqlamasında uzun illərdən sonra gecə reyslərinin bərpa olunması faktına belə münasibət bildirib:


"Əslində sözügedən qərar düzgün, mütərəqqi qərardır. Ünvanbaşına səhər tezdən yetişmək məqsədi ilə dünya analogiyasında sərnişinlərin gecə yürüşləri həyata keçirilir, sərnişinlər gecə daşınır. Bizdə isə qəzaların baş verməsi bu məsələni arxa plana çəkmişdi. Çünki təşkilati məsələlər həll olunmurdu.

 

Təşkilati məsələlər dedikdə, əvvəla, sürücülər istirahət etməlidirlər. Yəni, dövriyyə məntəqələrində sürücülər üçün istirahət otaqları olmalıdır. Bundan əlavə, sürücülərin marşrut vərəqəsində hər reydsdən əvvəl həkim müayinəsindən keçdiklərini təsdiqləyən nişan olmalıdır. Onlar sərnişin daşıyırlar, ciddi marşruta daxil olurlar, bu üzdən tam sağlam olmaları vacib şərtdir. Əgər hansısa sürücü yoxlamadan uğurla keçə bilmirsə, yorğun və xəstə görkəmi varsa, onu əvəz edən sürücü dövriyyəyə buraxılmalıdır, amma marşrut ləğv edilməməlidir. Çünki sərnişinlərin sutkanın istənilən vaxtı mənzil başına getmək hüququ var”.

 

Ekspert dünya praktikasından misal gətirərək sürücülərin xüsusi həkim məntəqələrində yoxlanışlardan keçməsinin vacibliyini vurğulayıb: "Həmin məntəqələrdə sürücülər həkim yoxlamasından keçməlidir və yol vərəqəsində yuxusuz olmadığı, spirtli içkilər və narkotik maddələr qəbul etmədiyi qeyd edilməlidir, qan təzyiqi ölçülməli, ürəyi müayinə olunmalıdır, yalnız bundan sonra sərnişin dövriyyəsinə buraxılmalıdır. Avtobus marşrutlarında isə bu qaydaların heç birinə əməl edilmirdi, şünki sahibsizlik idi. Buna görə də qəzalar baş verirdi. Vəziyyətdən çıxış yolunu nədə tapdılar? Həmişə dediyim kimi, uşağı yudular, çirkli su ilə birgə küçəyə atdılar- gecə reyslərini bağladılar. Yəni, vəziyyəti sağlamlaşdırmaq əvəzinə, camaatın yolunu kəsdilər.

Buna görə də sərnişinlər yol maşınları ilə getmək məcburiyyətində qalırdılar. Həmin maşınların sürücüləri isə mənzil başına vaxtında çatmaq üçün qaza basmalı olurdu, bu da çox vaxt ağır avtomobil qəzaları ilə nəticələnirdi.

 

Qeyd etdiyim kimi, gecə reyslərinin bərpası təqdirəlayiqdir, amma sadlanan problemlər birmənalı şəkildə öz həllini tapmalıdır. "

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...