Avtobuslarda dezinfeksiya üçün məhlul aparatı quraşdırılıb - FOTO
13:48 / 19.03.2020
2370
Dezinfeksiya aparatlarının digər avtobuslarda da quraşdırılması prosesi gedir.
İctimai nəqliyyatda koronavirusla mübarizə çərçivəsində görülən işlər davam etdirilir.
Sfera.az "MediaPost” -a istinadənxəbər verir ki, bu tədbirlər çərçivəsində paytaxtda sərnişindaşıma ilə məşğul olan 669 avtobusda dezinfeksiya üçün məhlul aparatı qoyulub.
Dezinfeksiya aparatlarının digər avtobuslarda da quraşdırılması prosesi gedir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin koronavirus infeksiyasına yoluxmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq avtobuslarda dezinfeksiya işləri həyata keçirir.