Avtobusa minmək üçün əvvəlcə metroya düşməlisən... - FOTOLAR

Avtobusa minmək üçün əvvəlcə metroya düşməlisən...  - FOTOLAR
Əksər avtobus dayanacaqlarında ödəniş terminallarının olmaması sərnişinlər üçün çətinlik yaradır. 

"BakuBus" MMC-yə məxsus avtobuslarda ödənişin "Bakıkart" vasitəsi ilə həyata keçirilməsi bəzi hallarda sərnişinlərə problem yaradır. Çünki əksər avtobus dayanacaqlarında ödəniş terminalları yoxdur. "Bakıkart"ı olanlar gediş haqqı yükləmək üçün məcbur qalıb metrolara üz tuturlar.
"Bakubus" MMC-nin ilk marşrut xətti olan 1 saylı marşrutda da qeyd etdiyimiz problem yaşanır.

İlk dayanacağı "Koroğlu" metrosu stansiyasının çıxışında olan marşruta minmək istəyən sərnişinin kartında gedişi yoxdursa, o mütləq metroya düşərək gediş haqqı yükləməlidir. Bu isə sərnişinlər üçün çətinlik yaradır və əlavə vaxt itkisinə səbəb olur.

"BakuBus"ların hərəkət etdiyi digər xətlərdə də eyni problem mövcuddur.

Bakı sakini Şəhriyar Əliyev hər gün "Koroğlu" metrosundan 1 saylı marşurutla işə gedir. Ödəniş terminalının olmamasından əziyyət çəkənlərdən biri də odur: "Hər gün bu yolu gedirəm. Bəzən kartda gediş qurtarır. Məcbur metroya düşməlisən. Səhərlər sərnişinlərin sıxlığını nəzərə alanda 15-20 dəqiqə vaxt gedir. Bu marşurutun "28 May"dakı son dayanacağında ödəniş terminalı var.  Amma burda və bir çox yerlərdə yoxdur. Bəzən kartı və ya gedişi olmayanlar xahiş edirlər ki, onları keçirək. Görürük ki, hər kəs bu problemdən əziyyət çəkir. Ümid edirik ki, yaxın zamanalarda bu problem öz həllini tapar".

"BakuBus" MMC-nin yeni fəaliyyətə başladığını nəzərə alsaq ümid etmək olar ki, sərnişinlərin bu problemi aradan qaldırılacaq.(musavat.com)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...