Avtobus zolaqlarının 24 saat qüvvədə olduğu küçə və prospekt AÇIQLANDI

Avtobus zolaqlarının 24 saat qüvvədə olduğu küçə və prospekt AÇIQLANDI
Paytaxt yollarında avtobus zolaqlarının çəkilməsinə yenicə başlanılıb. Hələ şəhərin çox az bir hissəsinə belə zolaqlar çəkilib. Bu, tıxacların qarşısının alınması üçün atılan addımdır.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə” proqramında deyib.

O bildirib ki, bu zolaqların şəhərin heç dördə birini təşkil etmir:

"Daha dəqiq desək, Bakıda cəmi 7 küçə və prospektdə avtobus zolaqları çəkilib. Həmin küçələrdə zolaqların qüvvədə olması vaxtla tənzimlənir.

Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir.

Məsələn Bayraq meydanınından Azneft istiqamətində olan yolda əlavə avtobus zolağı var, lakin əks istiqamətində o zolağa ehtiyac yoxdur. Karantin rejimində bu yolda sıxlıq çox müşahidə edilməsə də, şəhərin girişi olduğu üçün günün pik saatlarında bu yolda tıxac müşahidə olunur. Biz burada əlavə avtobus zolağının olmasını təklif etdik və səhər saat 07:00-dən axşam saat 20:00-a qədər bu zolağa digər nəqliyyat vasitələrinin girişi qadağandır. Saat 20:00-dan sonra isə nəqliyyat vasitələri rahat hərəkət edə bilər”.

"Paytaxtın elə küçələri var ki, orada bu zolaqların vaxtı yoxdur. Əlavə avtobus zolaqları 24 saat qüvvədədir. Məsələn, paytaxtın Qara Qarayev prospekti, Rəşid Behbudov küçəsində intensiv hərəkət nəzərə alınaraq çəkilən əlavə avtobus zolağına 24 saat kənar nəqliyyat vasitələrinin girişi qadağandır”, - deyə Mais Ağayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...