Avstriya yığmasının futbolçusu cəzalandı

Avstriya yığmasının futbolçusu cəzalandı
Avstriya yığmasının futbolçusu Marko Arnautoviç bir oyunluq cəzalandırılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. 32 yaşlı yarımmüdafiəçi Şimali Makedoniyanı 3:1 hesabı ilə yendikləri AVRO-2020-nin ilk tur oyunundakı hərəkəti ilə əlaqədar diskvalifikasiya olunub.

Arnautoviç iyunun 17-də Niderlandla görüşü buraxmalı olacaq.


OXŞAR XƏBƏRLƏR