“Avropadan Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər” – Deputat

“Avropadan Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər” – Deputat
 

"Avropada və Qərbdə gizlənib xalqımıza və dövlət rəhbərinə "ağıl” verən "çoxbilmişlər” düşmənlərdən də çox zərər verirlər”.  

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var:

"Bu gün Azərbaycanın maraqlarının tələb etdiyi hər hansı məqsəd üçün hər bir Azərbaycan vətəndaşı özünü fəda etməyə hazırdır. Ordumuzun gücü, ölkəmizdəki ictimai-siyasi həmrəylik, Ali Baş Komandanın xalq tərəfindən dəstəklənməsi Azərbaycanı düşmənə qarşı o qədər güclü edir ki, nəhayət, ərazi bütövlüyümüzün bərpa olunması üçün real mərhələ başlayıb. Çox təəssüf ki, belə məsuliyyətli mərhələdə bəzi marjinal qruplar – xaricdə və ölkə daxilində olan ayrı-ayrı kiçik qruplar bu tarixi mərhələdə belə Azərbaycanın milli davasına sahib çıxmırlar. Onlar dezinformasiyalar yaymaqla ən azı düşmənlər qədər, bəlkə onlardan da çox, milli mənafeyimizə zərbə vururlar. Müxtəlif təxribat xarakterli məlumatlar paylaşmaqla, Almaniya, İsveçrə, Hollandiya və digər bir sıra Avropa və Qərb ölkələrində oturub Azərbaycanın informasiya mühitinə müdaxilə edərək, buradakı həmrəyliyi pozmaqla ermənilərin dəyirmanına su tökürlər.

Düşünürəm ki, bu, Azərbaycan xalqının, ictimaiyyətinin diqqətindən yayınmır. Bu şəxsləri yenidən tanıyırlar”. 

H. Babaoğlunun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı milli məsələlərdə daha diqqətli olmalıdır: 

"Hazırda bilirik ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, təhlükəsizlik strukturları informasiyaya münasibətdə bir qədər məsuliyyətli olmağımızla bağlı məlumatlar yayırlar. Hər bir vətəndaş da buna riayət etməlidir. Təəssüf ki, internet resurslarında müxtəlif televiziyalar açıb qitənin o tayından Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər bu tarixi məsuliyyətli məsələdə də bu cür hərəkətlərlə bizim milli maraqlarımıza xəyanət etmiş olurlar”.

(mediapost) 


OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...