Avropada terror dalğası

Avropada terror dalğası

Bir neçə gün əvvəl Londonda baş verən bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. 

Sfera.az xəbər verir ki, polis şəhər körüpüsü üzərində baş verən hadisəni terror aktı adlandırıb. 

Rəsmi məlumatda terror hücumunu 28 yaşlı Osman Xan adlı şəxsin həyata keçirdiyi bildirilir. Terrorçunun 2012-ci ildə terror cinayətinə görə həbs olunduğu və 2018-ci ildə azadlığa buraxıldığı bildirilir. Polis terorçunu hadisə yerində vurub öldürüb. 

Dekabrın 12-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq siyasi partiyalar Londonda seçki kampaniyasını dayandırıb.

Ötən gün ikinci terror aktı Hollandiyanın Haaqa şəhərində baş verib. Şəhərin əsas ticarət küçəsi hesab olunan "Böyük Bazar küçəsi”ndə hələlik naməlum şəxs 3 nəfəri bıçaqla yaralayıb. Hücumda şübhəli bilinən 45-50 yaşlarında idman geyimində qarabuğdayı şəxs axtarılır.

Son illərdə Milad bayramı qabağı Avropada bir qayda olaraq terror aktlarının sayı artır. Əvvəlki illərdə Fransada, eləcə də Almaniyada Milad bayramı öncəsi terror hücumları qeydə alınıb. 

Eyni zamanda bu hadisələr Avropada radkal sağçı siyasi hərəkatları daha da gücləndirir. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...