Avropada qazın qiyməti bahalaşdı: Rəsmi Bakının gəlirləri artacaq?
12:51 / 15.09.2021
855
"Avropada
qazın qiyməti Niderlandda yerləşən spot bazarındakı fyuçerslərlə tənzimlənir.
Hazırda bazarda yaşanan qiymət artımı da məhz spot bazarı üçün keçərlidir.
Misal üçün uzunmüddətli kontraktlar əsasında satılan boru kəmərləri ilə daşınan
qazın qiymətində bu artım müşahidə edilmir”.
Bu
sözləri Sfera.az-a iqtisadçı Natiq Cəfərli Avropada qazın qiymətinin 840
dolları keçməsi barədə danışarkən deyib.
Onun
sözlərinə görə, spot bazarında yaşanan qiymət artımı uzun müddət davam etməyəcək:
"Boru
kəməri ilə daşınan qazın qiyməti spot bazarlardakı qaza nəzərən daha gec artır.
Çünki boru kəmərləri ilə daşınan qaz uzunmüddətli kontraktlarla tənzimlənir və
adətən 6 aydan bir yenilənir. Misal üçün, bu gün "Qazprom" Avropaya
satdığı qazın qiymətini dəyişmədi. Çünki yanvar ayına qədər kontraktı var. Yəni
Avropa bazarında qazın qiyməti 800 dolları keçsə də "Qazprom"
uzunmüddətli müqavilə imzaladığı üçün qazı 235 dolara satır”.
N.
Cəfərliyə görə, Avropa bazarında qazın qiymətinin 800 dollara qədər artmasının əsas
səbəbi elektrik enerjisinə olan tələbatın artmasıdır:
"Məsələ
ondadır ki, hazırda Avropada elektrikə olan tələbat kəskin surətdə artıb. Kömürlə
işləyən elektirk stansiyalarının bağlanması qazla işləyən modul tipli elektrik
stansiyalarına tələbatı artırıb. Buna görə də qaz qiymətlərində artım müşahidə
olunur. Mənə
elə gəlir ki, bu müvəqqəti haldır və bir müddət sonra qiymətlər tənzimlənəcək.
Çünki Avropa bazarında qazın qiymətinin bu səviyyədə olması sənaye mallarınında
da qiymətlərin artmasına səbəb ola bilər”.
Ekspertin
sözlərinə görə, Avropa bazarında qazın qiymətinin artmasının ölkəmiz üçün
faydası ola bilər:
Turan
Rzayev