Avropada qazın qiyməti 1100 dolları ötüb

Avropada qazın qiyməti 1100 dolları ötüb
Avropada təbii qazın qiyməti bir qədər də yüksəlib. Son bir ayda demək olar ki, hər gün qazın qiymətində artım baş verir. 

Sfera.az bildirir ki, Avropada qazın bahalaşmasının səbəbi qış mövsümünün yaxınlaşması və belə bir vaxtda anbarlarda kifayət qədər qaz ehtiyatının yaradılmamasıdır. 

Hazırda Avropa birjalarında noyabr ayında çatdırılacaq qazın qiyməti müəyyənləşdirilir. Bu gün səhər 1000 kub metr qazın qiyməti bir qədər də artaraq 1100 dolları ötüb. Bununla da sentyabrda qazın orta spot (günlük) qiyməti 760 dollara yüksəlib. 

Avropada qaz qiymətlərinin yüksəlməsinə Asiya bazarında sıxılmış (LNG) qazın bahalaşması da təsir edir. Avropalılar qaza olan tələbatının bir hissəsini LNG ilə təmin edir. Asiyada LNG qazının dəyəri artıq 1071 dollara yüksəlib. 
Uzaq Şərqdə LNG-nin bahalaşması Avropada təbii qaz qiymətlərinin artmasına kömək edir. 

Xatırladaq ki, qaz qiymətlərinin kəskin yüksəlməsi 2007-2008-ci illərdə də qeydə alınıb. Həmin dövrdə qiymətlər 2500 dolları ötmüşdü. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR