Avropada qazın bahalaşması Azərbaycan qazının qiymətinə necə təsir edəcək?

Avropada qazın bahalaşması Azərbaycan qazının qiymətinə necə təsir edəcək?
Bir müddətdir ki, Avropada spot (gündəlik satılan) qazın qiyməti sürətlə artır. Artıq qiymət səviyyəsi 1100 dolları ötüb və proqnozlara görə qiymətlərin bir qədər də artması imkanı var. 

Sfera.az xatırladır ki, Avropaya qaz satan ölkələr arasında Azərbaycan da var. Bəs, Avropada qazın bahalaşması ölkəmizdən ixrac edilən qazın da dəyərini yüksəldirmi?

"Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bu sualla bağlı Sfera.az saytına bildirdi ki, Avropada qaz qiymətlərinin yüksəlməsinin Azərbaycanın Avropaya ixrac etdiyi qazın qiymətinə birbaşa təsiri yoxdur. O söylədi ki, artan qiymətlər Avropada gündəlik alqı-satqısı həyata keçirilən qaza aiddir: 

"Azərbaycanın ixrac etdiyi qaz ikitərəli razılaşma əsasında uzunmüddətli dövr üçün satılan qazdır. Bizim ixrac etdiyimiz qazın qiyməti qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir”. 

Bununla belə ekspert qeyd etdi ki, Avropada qazın bahalaşması dolayı yolla Azərbaycanın satdığı qazın qiymətini də artırır. Sentyabrda qazın orta spot (gündəlik) qiymətinin 759 dollara yüksəldiyini deyən İ.Şaban bahalaşma hesabına Azərbaycan qazının da qiymətinin müəyyən qədər yüksəldiyini vurğuladı. O dedi ki, xüsusi qiymət düsturuna əsasən, rübdə bir dəfə qazın qiymətinə müəyyən dəyişiklik edilməsi mümkündür: 

"Azərbaycanın qaz ixrac etdiyi ölkənin bazarında maye qaz və ya hərracda satılan qazın istehlakı həyata keçirilirsə, qaz qiymətlərinin dəyişməsi zamanı ölkəmizin satdığı qazın qiymətinə xüsusi formula əsasında baxılır. Bahalaşma olduğu təqdirdə, rüblük nəticələrə görə sonrakı rüb üçün qiymətlər artırılır”.
Məlumat üçün bildirək ki, Azərbaycanın ixrac etdiyi qazın qiyməti 2021-ci ilin əvvəli ilə müqayisədə son aylarda bir qədər yüksəlib. Gömrük məlumatlarına görə, hər 1000 kub metr qazın ixrac dəyəri yanvarda 89 dollar olduğu halda, avqustda 284 dollar təşkil edib. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...