Avropa ölkələri sərhədlərini turistlərin üzünə açır – Ancaq peyvənd olunmuşlara

Avropa ölkələri sərhədlərini turistlərin üzünə açır – Ancaq peyvənd olunmuşlara
Avropa İttifaqı ölkələri koronavirusa qarşı tam peyvənd olunmuş turistlər üçün sərhədlərini açacaq.
 
Sfera.az bildirir ki, bu barədə AFP News Agency şəxsi Twitter hesabında məlumat verib.

Mayın 19-da Avropa Dərman  Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş preparatlarla peyvənd olunmuş turistlərə Avropa İttifaqına üzv  ölkələrin ərazilərinə giriş icazəsi verilməsi barədə razılıq əldə edilib.  Avropa Komissiyası razılaşmasının tövsiyə xarakteri daşıdığı qeyd olunur.

Mayın 25-də Avropa İttifaqına üzv ölkələrin  dövlət və hökumət başçılarının təcili sammiti keçiriləcək. Toplantıda müzakirə ediləcək əsas mövzularından birinin əcnəbi vətəndaşlar üçün Aİ ərazisinə giriş qaydalarının razılaşdırılması olacağı gözlənilir. Həmçinin ittifaq  üzvü olan 27 ölkədə tanınmış peyvənd sertifikatının "yaşıl rəqəmsal keçidinin tətbiqi" məsələləri də müzakirə ediləcək.

Bir müddət əvvəl, may ayının əvvəlində ETOA Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Cenkins Avropa ölkələri sərhədlərinin  əcnəbi  turistlər üçün açılacağı vaxt barədə danışmışdı. Onun sözlərinə görə, Avropadakı turizm payıza və ya qışa qədər  normala dönə bilər və 2021-ci il 2020-ci ilə nisbətən daha yaxşı olacaq.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...