Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi

Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi
 Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın azərbaycanlı zabit Ramil Səfərova qarşı iddiasını rədd edib.

Sfera.az xəbər verir ki, iki ərizəçinin - Budapeştdə öldürülən erməni zabiti Gurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı iddiası təmin edilməyib.

Məhkəmə Gurgen Markaryanın qətlini Ramilin şəxsi hərəkəti kimi qiymətləndirərək hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.

Digər məhkəmə qərarında Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd edildiyi göstərilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə trend-ə açıqlamasında bildirib ki, AİHM Ermənistanın Ramil Səfərovla bağlı Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddiaları təmin etməyib: "AŞ PA-nın Siyasi komitəsinin iclası da keçirildi, bu məsələ, eləcə də ötən ay Tovuzda baş verən erməni təxribatı və digər məsələlər orada da müzakirə olundu. Biz iclasda erməni yalanlarını növbəti dəfə ifşa etdik".

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...