No Image

Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi

Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi
 Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın azərbaycanlı zabit Ramil Səfərova qarşı iddiasını rədd edib.

Sfera.az xəbər verir ki, iki ərizəçinin - Budapeştdə öldürülən erməni zabiti Gurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı iddiası təmin edilməyib.

Məhkəmə Gurgen Markaryanın qətlini Ramilin şəxsi hərəkəti kimi qiymətləndirərək hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.

Digər məhkəmə qərarında Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd edildiyi göstərilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə trend-ə açıqlamasında bildirib ki, AİHM Ermənistanın Ramil Səfərovla bağlı Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddiaları təmin etməyib: "AŞ PA-nın Siyasi komitəsinin iclası da keçirildi, bu məsələ, eləcə də ötən ay Tovuzda baş verən erməni təxribatı və digər məsələlər orada da müzakirə olundu. Biz iclasda erməni yalanlarını növbəti dəfə ifşa etdik".

OXŞAR XƏBƏRLƏR

Azərbaycan artıq qalib mövqeyindən çıxış edəcək – Deputatdan açıqlama

"Düşmənin budəfəki məğlubiyyətilə növbəti mərhələdə münaqişənin tənzimlənməsi dinc mərhələyə daxil olacaqsa, artıq proseslər Azərbaycanın haqlı maraqlarına u...

Hərbi əməliyyatın dayandırılmasını istəyir, ancaq işğalçıya təzyiq etmir - Politoloqdan dünya güclərinə etiraz

"Dünya gücləri geosiyasi maraqları və xristian amili səbəbindən indiki halda belə Ermənistana torpaqlardan çıxmaq üçün təzyiq etmir”. Bu sözləri Sfera.a...

Metyu Brayza Qarabağdakı döyüşlərdən danışdı

ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza son günlər cəbhədə baş verən hadisələrlə bağlı Əl Cəzirə kanalına müsahibə verib. Sfera.az ...

Azərbaycanda qismən səfərbərlik elan edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az  xəbər verir ki, sərəncama ə...

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

  Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sfera.az&nb...

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - RƏSMİ

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti ...