Avropa Liqasının bir oyunu təxirə salındı

Avropa Liqasının bir oyunu təxirə salındı
 Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan "Zalstburq” "Ayntraxt” görüşü təxirə salınıb. 

Sfera.az xəbər verir ki, bu barədə UEFA açıqlama yayıb. 

 

Bildirilib ki, buna fırtına xəbərdarlığı səbəb olub. 

Oyunun keçiriləcəyi Zalsburq şəhərində küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi isə daha sonra açıqlanacaq. 

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt” rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. 


OXŞAR XƏBƏRLƏR