Avropa İttifaqından peyvəndlə bağlı QADAĞA

Avropa İttifaqından peyvəndlə bağlı QADAĞA
Avropa İttifaqına (Aİ) üzv ölkələrin koronavirusa qarşı peyvəndə olan tələbatı ödənilməyincə yerli istehsal olan belə dərmanların kənara axını nəzarətə götürüləcək.

Sfera.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Aİ-dəki mənbə bildirib.

"Avropa Komissiyası Aİ ərazisində istehsal olunan peyvəndin qeyri-üzv ölkələrinə tədarük hallarının siyahısını tərtib etmək niyyətindədir. Yeni qayda yaxın günlərdə qüvvəyə minəcək və ən azı rübün sonunadək qüvvədə olacaq”, - deyə mənbə qeyd edir.

Bununla belə humanitar məqsədlər üçün dərman tədarükü üçün lisenziyalar müntəzəm veriləcək.

Qeyd edək ki, artıq lisenziya verilən "Pfizer” şirkəti, sonra isə bənzər lisenziya gözləyən "Astra Zeneca” cari ilin birinci rübündə Aİ ölkələrinə artıq razılaşdırılmış və haqqı ödənilmiş dərman tədarükü həcmini xeyli ixtisar edəcəklərini açıqlayıblar. Nəticədə bəzi ölkələr peyvəndləməni ləngitməli oldular, İtaliya hökuməti isə "Pfizer” şirkətini məhkəməyə verəcəklərini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...