Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib
 İyunun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev və prezident Şarl Mişel sabah Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilib, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyi qeyd olunub.

Telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq "Cənub Qaz Dəhlizi” layihəsinin bu işə töhfə verəcəyi vurğulanıb.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Prezident İlham Əliyev və Şarl Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...

Azərbaycan Prezidenti: "Nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq"

 "Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəz...

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirib - FOTO - VİDEO

 Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyindən Sfera.az-a verilən...

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – "Bir şeyi dəqiq bilin..."

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə n...