Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – Narışkindən açıqlama

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – Narışkindən açıqlama
"Avropa İttifaqı rəhbərliyi Rusiyaya qarşı yeni  sanksiyalar hazırlayır . Söhbət  Moskvanın xaricdə peyvənd əleyhinə hərəkat alvolandırdığına dair  böhtan xarakterli  ittihamlardan gedir”.
 
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edib.
 
"Həyasızlıq və riyakarlıq həqiqətən sərhəd bilmir”,- deyə o,  AB-nin Rusiya Federasiyasına qarşı yeni kampaniyasına dair məlumatları şərh edərkən söyləyib.
Xarici Kəşfiyyat Xidmətinin  rəhbəri qeyd edib ki, Avropada vaksinasiya kampaniyasını əngəlləyən başlıca qüvvə avropalı məmurlarıdır. "Avropa Dərman Agentliyi, yüksək rütbəli Aİ məmurlarının qeyri-rəsmi təlimatlarını yerinə yetirərək, Rusiya peyvəndlərinin sertifikatlaşdırılmasına maneə törətməyə davam edir",- deyə Narışkin bildirib.
 
Narışkin vurğulayıb ki,  Rusiya tərəfi Avropa xalqlarının  koronavirusa qarşı peyvənd olunmasında, eləcə də  öz effektivliyini sübut etmiş "Sputnik V” preparatının geniş tətbiqində maraqlıdır.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...