Avropa çempionatının vaxtı bəlli oldu

Avropa çempionatının vaxtı bəlli oldu
Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

Sfera.az Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcək. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiyadır.



OXŞAR XƏBƏRLƏR