Avropa böhranla üz-üzə: Rusiyaya möhtac qalacaq

Avropa böhranla üz-üzə: Rusiyaya möhtac qalacaq
Soyuq havaların yaxınlaşmasına baxmayaraq lazımı qədər qaz ehtiyatının yaradılmaması Avropada enerji böhrana yarada bilər. Bu vəziyyətdə böhranla üzləşməmək üçün avropalıların əsas ümid yeri Rusiyadır.

Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, Avropa Birliyi Rusiyadan həm əlavə qaz, həm də əlavə daş kömür istəyə bilər. 

Ekoloji amillərlə əlaqədar olaraq Avropa Birliyi ölkələri uzun illərdir ki, kömürdən imtina edirdi. Bu səbəbdən Avropada kömür istehlakı ilbəil azalırdı. Amma indi vəziyyət pisdir, çünki qaz anbarları qismən doldurulub və yaranan boşluğu sıxılmış qazla (LNG) da doldurmaq olmur. 

Ekspertlər düşünür ki, bu vəziyyətdə yeganə yol Rusiyadan qaz idxalını artırmaqla yanaşı, daş kömürlə işləyən qazanxanaların da sayını artırmaqdır. Ancaq yetəri qədər daş kömürü tədarük etmək də problemə çevrilə bilər. Belə ki, əsas daş kömür istehsalçılarından olan Rusiya kömürün çox hissəsini Asiyadakı idxalçılara satır. Buna görə də Rusiyadan tədarük ediləcək kömür Avropanın tələbatının bir hissəsini ödəyə bilər. 

ABŞ-ın da Avropaya kömür satmaq imkanı var. Ancaq qışda ABŞ-da daş kömür istehlakı artdığından amerikalıların Avropaya kifayət qədər kömür satması real görünmür. 

Bütün çətin variantlar arasında Avropa üçün ən əlverişlisi Rusiya olacaq. Rusiya bu il Avropaya təxminən 48 milyon ton kömür ixrac etməyi planlaşdırır. Ancaq mövcud infrastruktur nəzərə alındığında il ərzində Rusiyadan Avropaya təxminən 133 milyon ton kömür daşımaq olardı. Bu, 2020-ci illə müqayisədə təxminən 40 milyon ton çoxdur. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...