Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO

Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO
Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, olimpiada Rusiyanın Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən 27.10.2019-04.11.2019 tarixlərində təşkil olunub.

Olimpiada III – XI siniflər və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat üzrə keçirilib.

Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədi daşıyıb.

Olimpiadada Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəbini təmsil edən 900-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada 2 məktəb - Avropa Azərbaycan Məktəbi və H. Əliyev adına Müasir Təhsil Kompleksi təmsil edib.

Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib. Olimpiada rus və ingilis dillərində keçirildiyinə görə göndərilən şagirdlərin bu sahədəki bacarıqları da nəzərə alınıb. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılıb. Fənn olimpiadası ilə yanaşı, asudə vaxtın səmərəli keçirilməsi üçün müxtəlif idman yarışları, rəqs, teatr, mahnı müsabiqələri, ekskursiyalar də təşkil edilib. Olimpiadanın proqramına açılış mərasimi, fənn olimpiadalarının keçirilməsi, Antalyanın müxtəlif əyləncə mərkəzlərinə ekskursiya, idman-əyləncə tədbirləri, bağlanış və qaliblərin mükafatlandırılması mərasimləri daxil olub.

Altıncı sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş, doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medalçı olublar.

Avropa Azərbaycan Məktəbinin olimpiadada iştirak edən bütün şagirdləri ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Ən uğurlu nəticələri də bu fənn üzrə əldə ediblər. Belə ki, səkkizinci sinif şagirdləri Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal qazanıblar. Ümumilikdə isə şagirdlərimiz olimpiadada 7 medala sahib çıxıblar.

Medal və kubokları qaliblərə Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim ediblər.

OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...