Avroliqa tarixinin ən gənc qapıçısı

Avroliqa tarixinin ən gənc qapıçısı

Avropa Liqasının qrup mərhələsində "ÇFR Kluj"la keçirilən oyun "Renn"in qapıçısı Pepe Bone üçün əlamətdar olub. 

Sfera.az qol.az-a istinadən xəbər verir ki, konqolu qolkiper turnirin tarixinə düşüb. Bone matçın 5-ci dəqiqəsinddə - əsas qapıçı Eduard Mendi qırmızı vərəqə aldıqdan sonra meydana daxil olub və bununla da avrokuboklarda debüt edib.

O, 16 yaş 254 günlüyündə meydana çıxmaqla Avropa Liqası tarixinin ən gənc qapıçısı olub. 

Qeyd edək ki, "Renn" - "ÇFR Kluj" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR