AVRO-2024: Püşkatmanın vaxtı AÇIQLANDI

AVRO-2024: Püşkatmanın vaxtı AÇIQLANDI
Futbol üzrə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

Sfera.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin püşkü 2022-ci il oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində atılacaq.

Püşkatmanın nəticələrinə görə, 54 milli komanda qruplara bölünəcək. Yığmalar final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Almaniyada təşkil olunacaq. Matçlar Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leyptsiq, Münhen və Ştutqart şəhərlərində keçiriləcək.

Almaniya daha əvvəl 1988-ci ildə qitə çempionatına ev sahibliyi edib. Həmçinin 1974 və 2006-cı il dünya çempionatları də bu ölkədə gerçəkləşib.

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...