AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biri dəyişir

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biri dəyişir

İspaniyanın Sevilya şəhəri Bilbaonun əvəzinə futbol üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.

Sfera.az xəbər verir ki, buna bask bölgəsində koronavirusla əlaqədar məhdudiyyətlərin daha sərt olması səbəb göstərilib.

Daha əvvəl İspaniya Kral Futbol Federasiyası (RFEF) AVRO-2020-nin Bilbaoda nəzərdə tutulan oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsini mümkünsüz sayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

 

OXŞAR XƏBƏRLƏR