Türkiyə Uelsə məğlub oldu - YENİLƏNDİ
21:55 / 16.06.2021
3011
Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.
Sfera.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşma 20:00-da start götürüb.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.
***
Remsi matçın 42-ci dəqiqəsində komandasını hesabda irəli çıxardı: 1-0.
***
Uelsin kapitanı Beyl matçın 61-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilmədi.
***
Matçın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqəsində Konnor Roberts ikinci topu Türkiyə millisinin qapısından keçirdi: 2-0. Matç bu hesabla da başa çatdı.